Qiteyi-lətifə
Müəllif: Məhəmmədqulu Salik Ordubadi

"Gülşəni-vəhdət"i yazmaqdan ötrü
Gülşəni seyr etməyə çıxdım.
Peyğəmbərin hicrətindən 1200 il keçirdi,
Bunu dörd fəsldə nəzmə çəkdim.
Yeddini yetmişə əlavə elə,
Ta haqqın kamalı yerinə yetişsin.
Sevinc gətirən, ürək açan bağ,
Dolandıqja hamıya sevinc bağışlasın.
Bu, kəmtər, mühəqqirin ərmağanı,
Salikin səfərdən sonra töhfəsidir.
O dostlara ki, sədaqətli olalar,
Onlara yox ki, sədaqətsiz və zalım olalar.