Qoşub şəhvət ardınca, ömrümü bada vermə
Qoşub şəhvət ardınca, ömrümü bada vermə Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Qoşub şəhvət ardınca, ömrümü bada vermə,
Onsuz da həyatını bada verir bu fələk.
Bir canın varsa hərgah, can alanın ikidir:
Biri can alan dünya, biri can alan mələk.