Qorxuram bayramımız qarə gələ

Qorxuram bayramımız qarə gələ
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Qorxuram bayramımız qarə gələ,
Məmdeli, Pinti Həmid birdən ölə.

Kaş, tufan ola aləmdə bütün,
Biz qalaq daimi matəmdə bütün,
Yana bu şiə cəhənnəmdə bütün,
Nə ki, xake bu ezizlər kömülə.

Əlvida etsele1 dünyaya bular,
Gülşənin gülləri bilmərrə solar,
Millətin eyş-nişatı pozular.
Çox çətin bu üzümüz bir də gülə.

Lən nifrin ola bu əyyamə,
Dağ çəkdi cigəri-islamə.
Cövrü zülmün yetirib itmame,
tşimiz pis getirib ilden-ilə.

Kamil öldü, qəmimiz oldu məzid
Ki, şükür eylər idİk vardı Həmİd.
Bu da ölsə dəxi yox başqa ümid,
Türklüyə onda gərək xətt çəkilə.
 
Işığı səltənətin söndü, veti
Şükür edırdik genə var Memmədəli,
Bu da fövt olsa dübare, deməli,
Qalanq mat-məəttəl habelə.

  • "Molla Nəsrəddin" 14 mart 1914. N 9