Qoymayır
Qoymayır Müəllif: Çoban Əfqan |
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014. |
Üç ayda bir dəfə gəlirəm evə,
Arvad söz eşitmir, uşaq saymayır.
Nə yorğan-döşək var, nə də duz-çörək
Çılpaq körpələrin qarnı doymayır.
Xanım gündə üç yol plov döşəyir,
Keflənib bizi də kötəklə döyür.
Çörək istəyəndə itil get deyir,
Deməyəkmi dərimizi soymayır?!
Sənin adın vardır ay Çoban Əfqan,
Görmədin ömründə pay, Çoban Əfqan.
Gündə döyür səni bəy, Çoban Əfqan,
Dəyənəyi bir əlindən qoymayır.