Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz Müəllif: Xurşudbanu Natəvan |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz?
Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,
Fələk incir fəğanımdan, necin gəlməz, necin gəlməz?
Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,
Nə bir yaru nə bir qəmxar, necin gəlməz, necin gəlməz?
Könüldə ahu zarını var, nə səbru nə qərarım var,
Deməz bir dufikarım var, necin gəlməz, necin gəlməz?
O zulfi-nərgisi-məstə konul coxdandı pabəstə,
Məni hicran edib xəstə, necin gəlməz, necin gəlməz?
Səri-kuyin gəzər konlum, guli-ruyin sevər könlüm,
Vüsalın cün dilər könlüm, necin gəlməz, necin gəlməz?
Alıbdir canımı hicran, olubdur gozlərim giryan,
O məhvəş, nazənin canan, necin gəlməz, necin gəlməz?
Mənə hicran məşəqqətdir, fərağin dərdu möhnətdir,
Nigarım xeyli muddətdir, necin gəlməz, necin gəlməz?
Əzizim, goz yaşım qandır, işim fəryadu əfqandır,
O yarım harda mehmandır, necin gəlməz, necin gəlməz?
Yanar canım fərağından, tutar konlum sorağından
Ki, cıxsın yar otağından, necin gəlməz, necin gəlməz?
Əlimdə ixtiyarım yox, gedib-səbri-qərarım yox,
Yanımda gulzarım yox, necin gəlməz, necin gəlməz?
Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,
Könül ancaq onu istər, necin gəlməz, necin gəlməz?
Yetibdir ərş uzə dadım, tutub dunyanı fəryadım,
Mənim ol sərvi-azadım necin gəlməz, necin gəlməz?
Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan,
Onun yox dərdinə dərman, necin gəlməz, necin gəlməz?