Quğu
Quğu Müəllif: Mustafa Cövhəri |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Gəzərkən bu yerə uğradı yolum,
Bu yerlərdə boylə gözəl olurmu?
Quğum, səni uçurmuşlar gölündən
Bu göllərdə boylə quğu olurmu?
Quğum sənin qaşın, gözün qaradır,
Görün qadir Mevlam nələr yaradır.
Ağ gərdəndə siyah bənler sıradır
Ağ quğuda siyah bənlər olurmu?
Quğum getdi, viran qaldı gölləri,
Söylərmi ol əfəndimin dilləri?
Balıqdanmı aldın sən bu telləri
Ağ quğuda boylə tellər olurmu?
Cövhəri der, bu quğunun qəsdi nə?
Xına vurmuş ellərinin östünə.
Quıban oldum gözlərinin məstinə
Ağ quğuda boylə gözlər olurmu?