Quşa dönən arvad

Rəvayətlər. Quşa dönən arvad
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir avradın Yusif adında bir oğlu var imiş. Bir gün avrad bı Yusifi çimizdirir. Çimənnən sora oğlan su isdiyir. Anası vermir. Uşax ağlıyır, özün öldürür, ancax anası su vermir ki, çimmisən, naxoşdarsan. Axırda avrat görür ki, uşax dözə bilmir, gedir su gətirməyə. Ancax avrad gələnə kimi uşaq ölür. Avrad bını gəlip görəndə özünü didip-tökür. Allaha yalvarır ki, Allah, məni quş elə. Allah onu quş eliyir. Bu quş başdıyır oxuyur. Həmmişə də oxuyanda deyir: “Yusif, dur su iç!”

Mənbə

redaktə