Quşların padşahı

Rəvayətlər. Quşların padşahı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir gün insan oğlu fikirləşir ki, hər şeyin padşahı, böyügü var. Quşların da gərək padşahı olsun.

Bütün quşdarı yığıb deyir ki, hansınız daha yuxarı qalxsanız onu padşah qoyacağam. Quşdar razı olur. Uçullar, ancax qartal hamısınnan hündürə uçur. Bı dəmdə insan oğlu görür ki, qartalın tükləri arasınnan cırt-cırt quşu çıxdı, lap yuxarı uşdu. Bını quşdar da gördü, pərt oldular ki, bınnan bizə padşah çıxmaz.

İnsan oğlu cırt-cırt quşuna deyir ki, sən lap yuxarı uşdun, ancax kələyinən. Ona görə gərək sənə bir iş də tapşıram. Onu da eləsən, səni padşah qoyacıyam. Get mənə elə bir çöp gətir ki, nə əyri olsun, nə də düz.

Deyillər ki, cırt-cırt quşu o vaxtdan həmişə kolluqda gəzir, həmin çöpü axtarır, ancax tapa bilmir. Qartal isə quşların padşahı olur.

Mənbə

redaktə