Quşlara (Əhməd Cavad)

Quşlara
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005


Yavaş uçun, nazlı quşlar, sizə mənim bir sözüm var,
Doydunuzsa bu yerlərdən, kimə qaldı bu yuvalar?
Siz də bolkə insan kimi buraxdımz yuvalarda,
О gül üzlü balanızı... Yoxsa nə var havalarda?
Aman, quşlar, men yanıldım, sizdə ürək nur parçası,
Bizdə murdar yığınır, о məhəbbətin Kərbəlası!
Sizdə heç bir baba yapmaz bele müdhiş cinayeti,
Bizim kimi sizdə yoxdur anaların xəyanəti.
Gedin, quşlar, gedin, Allah yaxşı yollar versin, gedin,
Siz kim sədən inciməyin, kimsə sizdən incimosin!
Aman, quşlar, bilməm nə var bu məzarlıq aləmində?
Ruhum aydm bir iz arar bu qaranlıq çöl içində.
Varsa sizdə artıq qanad, Allah üçün, verin mana,
Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha!
Heç olmasa, onu alın - çox yazıqdır - yanınıza,
Nazlı quşlar, sığınmışam adımza, şanınıza!
5 fevral, 1914