Qul padişahsuz olmaz, padişah qulsuz dəgül

Qul padişahsuz olmaz, padişah qulsuz dəgül
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Qul padişahsuz olmaz, padişah qulsuz dəgül,
Padşahı kim biləydi qul etməsə, yort savul.

Sultan həmişə sultan, qul həmişə qul idi,
Ol qodim paşayidİ, üsul içində üsul.

Tənqri qədim, qul qədim, ayrılmadum bir adım,
Gör qul kim, Tənqri kimdür, anla ey sahib-qəbul.

Bizə birlik sarayın toğru bəşarət ayın,
Keç ikilik fikrindən, qoğıl benligi, ya qul.

Gör imdi gizlü seyri, seyr içində sirri,
Qul bilməz bu tədbiri, kimə degdi bu nüzul?

Ayıt, ayıt qamusın nə kanü, nə mə’dənsin,
Surəti-pür mə’nisin padişahı səndə bul.

Gəl imdi hicabun aç, səndən ayrıl, sana qaç,
Sendə bulasın me’rac, sana gəlür cümlə yol.

Qanca vardım, ey aqil, bir ağızdan cümlə dil,
Cüz’iyyati-müsəlsəl xəbər verür əqli-küll.

Yunus, baq nerədəsin, nə yerdə nə gögdesin,
Bəklə ədəb pərdəsin, gəl imdi, gəl tapu qıl.