Quleybanı
Rəvayətlər. Quleybanı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Quleybanı həmməşə arvat cildində olur. Özü də uşaxları çox
sevir. Bir əvdə gecə yarısı uşax ağlayırmış. Kişi oyanır, arvadın da
durğuzur ki, get uşağı sakitləşdir. Arvat durmax istiyəndə görür ki,
uşax səsin kəsdi. Ərinir ta getməyə, deyir ki, yatdı uşax.
Bir az keçənnən sora görüllər ki, uşax elə gülür, elə gülür ki, az
qalır qəşş eləsin. Kişiynən arvat tez durup keçillər uşağın yanına ki,
görsünnər nolup? Baxıllar ki, quleybanı min oyunnan çıxıp uşağı
güldürür. Quleybanı bınnarı görəndə tez çıxıp gedir.