Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Qurəyş surəsi
←Əl-Fil surəsi | Quran. Əl-Qurəyş surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Əl-Maun surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Qüreyşin (həm bir – biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər).
2. Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün.
3. Bu evin (əzəmətli Kə’bənin) Rəbbinə ibadət etsinlər.
4. O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı.