Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ən-Nas surəsi

Əl-Fələq surəsi Quran. Ən-Nas surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə).
2. İnsanların hökmdarına və (mütləq) hakiminə.
3. İnsanların (həqiqi) məbuduna.
4. Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən.
5. O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır,
6. İstər cinlərdən olsun, istərsə də insanlardan».