Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/İNŞİQAQ SURƏSİ

Quran. İNŞİQAQ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iyirmi beş ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Səma yarılanda,

2 öz Rəbbinə qulaq verib boyun əyəcək hala gətiriləndə,

3 уег uzadılanda,

4 içində olanları tullayıb boşaldanda,

5 öz Rəbbinə qulaq verib boyun əyəcək hala gətiriləndə (insan öz əməllərinin əvəzini alacaqdır).

6 Ey insan! Sən öz Rəbbinə tərəf can atırsan. Sən Ona mütləq qovuşacaqsanl

7 Əməl dəftəri kimin sağ əlinə verilərsə -

8 o, yüngül bir haqq-hesaba çəkiləcək

9 və o öz ailəsinin yanına şad qayıdacaqdır.

10 Əməl dəftəri arxasından [soldan] verilənə gəlincə,

11 o, ölümü haraylayacaqdır,

12 o, cəhənnəm odunda yanacaqdır.

13 Halbuki o, (dünyada) öz ailəsi içərisində şad idi.

14 Heç vaxt (Rəbbinə) qayıtmayacağını zənn edirdi.

15 Xeyr! Axı Rəbbi onu görürdü.

16 Xeyr! And olsun şəfəqə,

17 gecəyə və onun öz qoynuna aldığı şeylərə,

18 bədirlənən aya -

19 ki, siz bir qatdan o biri qata keçəcəkslnizl

20 Elə isə onlara nə olub ki, iman gətirmirlər

21 və özlərinə Quran oxunanda səcdə etmirlər?!

22 Əksinə, kafirlər yalan sanırlar.

23 Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.

24 Onlara üzücü bir əzabın müjdəsini ver.

25 İman gətirib əməlisaleh olanlar istisna olmaqla; onlar üçün tükənməz mükafat vardır.