Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/İNŞİRAH SURƏSİ

Quran. İNŞİRAH SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(səkkiz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Məgər Biz sənin köksünü açıb sənin üçün genişləndirmədikmi?!

2 Yükünü üzərindən götürmədikmi?!

3 (O yükünü ki) belini bükürdü.

4 Sənin adını uca etmədikmi?!

5 Həqiqətən, çətinliklə yanaşı bir asanlıq da vardır.

6 Həqiqətən, çətinliklə yanaşı bir asanlıq da vardır.

7 (Əlindəki işi) qurtaran kimi (yenidən) giriş

8 və ancaq Rəbbinə üz tut!