Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏBU LƏHƏB SURƏSİ

Quran. ƏBU LƏHƏB SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(beş ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Əbu Ləhəbin əlləri qurusun, qurudu da!

2 Onu nə mal-dövləti, nə də qazandığı [oğul-uşaq] xilas etdi.

3 O, alovlu bir oda girəcəkdir,

4 Övrəti də odun daşıya-daşıya,

5 boynunda isə xurma liflərindən kəndir olduğu halda (oda girəcəkdir).