Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ADİYAT SURƏSİ

Quran. ADİYAT SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on bir ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 And olsun tövşüyə-tövşüyə öndə qaçanlara [atlara],

2 (dırnaqlarından) qığılcım saçanlara,

3 sübh çağı hücum çəkənlərə,

4 orada tozanaq qaldıranlara,

5 Orada (düşmən) dəstəsinin ortasına soxulanlara ki,

6 Həqiqətən, insan öz Rəbbinə qarşı naşükürdür

7 və özü də buna şahiddir.

8 Həqiqətən də onun mal-dövlətə hərisliyi güclüdür!

9 Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxarılanda

10 və ürəklərin içindəkilər çıxarılıb ortaya qoyulanda

11 həqiqətən də onların Rəbbi o günü onlardan xəbərdardır?!