Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/CİNN SURƏSİ
Quran. CİNN SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(iyirmi səkkiz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 De: "Mənə vəhy olundu ki, bir dəstə cin (Qurana) qulaq asıb dedilər: "Həqiqətən, Biz əvəzsiz, qəribə bir Quran eşitdik!
2 O, doğru yola aparır. Biz ona iman gətirdik. Artıq heç kimi Rəbbimizə şərik qoşmarıq.
3 Rəbbi mizin cah-cəlalı. doğrudan da çox ucadır. O, özünə nə bir zövcə, nə də bir övlad götürmüşdür.
4 içərimizdən səfehi Allaha qarşı artıq-əskik danışırdı.
5 Halbuki biz belə güman edirdik ki, insanlar və cinlər Allah haqqında heç vaxt yalan danışmayacaqlar.
6 insanlardan bəziləri cinlərdən bəzilərinə pənah gətirir və onlar da bunların azğınlığını artırırdılar.
7 Onlar da siz düşündüyünüz kimi elə zənn edirdilər ki, Allah heç kimi diriltməyəcəkdir.
8 Biz səmaya toxunub (onu yoxladıq). Onun güclü gözətçilərlə və yandırıcı ulduzlarla dolu olduğunu gördük.
9 Biz (vaxtilə) orada (deyilənlərin) eşidilə biləcəyi yerlərdə otururduq. İndi isə kim qulaq asarsa, onu gözləyən bir yandırıcı ulduzla üzləşər.
10 Biz bilmirik ki, (bununla) yer üzündəkilər üçün bir pislikmi istənilib, yoxsa onların Rəbbi onlar üçün xeyir diləmişdir?
12 Şübhəsiz ki, bizim içərimizdə əməlis alehlər də vardır, içərimizdə belə olmayanla da vardır. Çünki biz ayrı-ayrı yol sahiblər olmuşuq. Biz o qənaətə gəldik ki, yer üzündə Allahı heç vaxt aciz sala bilmərik, qaçmaqla da Onu aciz edə bilmərik.
13 Düz yol göstəricisini (Quranı) eşidəndə, biz Ona iman gətirdik. Kim öz Rəbbinə iman gətirərsə, o, nə (mükafatının) əskildiləcəyindən, nə də haqsızlığa məruz qalacağından qorxar.
14 Şübhəsiz ki, içərimizdə özünü (Allaha) təslim edənlər də, haqdan dönənlər də vardır. Kim özünü (Allaha) təslim edərsə, belələri doğru yolu axtarıb tapanlardır,
15 haqdan dönənlər isə cəhənnəm üçün odun olarlar."
16 Əgər onlar [insanlar və cinlər] düz yolla getməkdə davam etsəydilər, Biz onlara bol-bol su verərdik ki,
17 onları bununla sınayaq. Kim öz Rəbbini zikr etməkdən üz döndərərsə, O, onu ağır bir əzaba uğradar.
18 Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Ona görə də Allahla yanaşı heç bir kəsə ibadət etməyin.
19 Allahın bəndəsi [Məhəmməd] Ona ibadət etmək üçün qalxdıqda onlar [cinlər] az qala (izdihamdan) onun ətrafında bir-birlərinə keçə kimi sıxılalar.
20 De: "Mən öz Rəbbimə ibadət edirəm və heç kimi Ona şərik qoşmaram.“
21 De: "Mən sizə nə bir zərər, nə də bir fayda verə bilərəm."
22 De: "Heç kim məni Allahın əzabından qurtara bilməz və mən Ondan bir sığınacaq tapa bilmərəm."
23 (Mən) ancaq Allah (hökmlərini) və Onun göndərişlərini bildirənəm. Hər kim Allaha və Onun peyğəmbərinə asi olarsa, onun üçün içərisində əbədi qalacağı cəhənnəm odu vardır!"
24 Özlərinə vəd olunmuşu [əzabı] görüncə onlar kimin köməkçisinin daha zəif və sayca az olduğunu biləcəklər.
25 De: "Bilmirəm ki, sizə vəd olunmuş [əzab] yaxındadır, yoxsa Rəbbim onun üçün (uzaq) bir vaxt təyin edibdir?
26 O, qeybi biləndir və Öz qeybini heç kimə göstərməz
27 bəyənib seçdiyi peyğəmbər istisna olmaqla. O, peyğəmbərin önündə və arxasında gözdə-qulaqda olan gözətçilər [mələklər] qoyur ki,
28 onların [peyğəmbərlərin] öz Rəbbinin göndərişlərini çatdırdıqlarından xəbərdar olsunlar. O, onlarda olanlardan xəbərdardır və hər şeyin haqq-hesabını aparır."