Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/FƏCR SURƏSİ

Quran. FƏCR SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(otuz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 And olsun dan yerinə,

2 on gecəyə,

3 cütə və təkə,

4 gəlib-keçən gecəyə!

5 Bunda ağıl sahibi üçün bir and vardır.

6 Məgər sən görmədinmi ki, Rəbbin Ad camaatına nələr etdi,

7 sütunlar sahibi İrəm camaatına?

8 (o camaat ki) başqa ölkələrdə onlara bənzəri yaradılmamışdı.

9 Vadidə qayaları yonub (evlər quran) Səmud camaatına;

10 Heybət sahibi Firon camaatına nələr etdi?

11 O kəslərə ki onlar ölkələrdə azğınlıq edib,

12 orada çoxlu fitnə-fəsad törətmişdilər.

13 Sənin Rəbbin də onların üzərinə əzab qamçısı yağdırdı.

14 Çünki sənin Rəbbin görüb-gözətməkdədir.

15 İnsan isə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və nemət verəndə, deyən "Rəbbim mənə ehtiram göstərdi!"

16 Amma sınayıb ruzisini azaldanda o deyər: "Rəbbim məni təhqir etdi!"

17 Xeyr! Siz özünüz yetimə ehtiram göstərmirsiniz,

18 yoxsula yemək verilməsinə (bir-birinizi) sövq etmirsiniz,

19 miras qalmış malı lum-lum [halal-harama baxmadan] udursunuz

20 və mal-dövləti çox-çox sevirsiniz.

21 Xeyr! Yer parça-parça parçalananda,

22 sənin Rəbbinin (əmri) gələrək mələklər səf-səf düzüləndə -

23 cəhənnəm ortaya gətirələcək gün, o gün insan (günahlannı) yadına salacaqdır. Lakin bu yaddaş artıq onun nəyinə lazımdır?!

24 O deyəcəkdin "Kaş həyatım üçün əvvəldən tədarük edəydim!"

25 O günü Onun (verdiyi) əzabı heç kim verə bilməz

26 və Onun (vurduğu) buxovu heç kim vura bilməz!

27 (Möminə deyiləcəkdir): "Ey rahatlanmış kəs!

28 Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə qayıt!

29 Mənim bəndələrim içərisinə daxil ol,

30 Cənnətimə daxil ol!"