Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/FATİHƏ SURƏSİ

Quran. FATİHƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yeddi ayədən ibarət Məkkə surəsi)

1. Mərhəmətli, Rəhmli Allahın adı ilə !

2. Həmd olsun Allaha - aləmlərin (bütün məxluqların) Rəbbinə

3. Mərhəmətli, Rəhmliyə,

4. Haqq-hesab gününün hakiminə

5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik !

6. Göstər bizə doğru yolu

7. Sənin nemətləndirdiyin kəslərin yolunu! Qəzəbə tutulanların və azanların (yolunu) yox !