Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/HUMƏZƏ SURƏSİ

Quran. HUMƏZƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(doqquz ayədən ibarət Мөккә surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Vay hər bir ağzıyava dedi-qoduçunun halına,

2 o kəsin ki, mal-dövlət toplayaraq, onu dəfələrlə sayar

3 və elə hesab edər ki, mal-dövləti onu əbədiləşdirəcəkdir.

4 Xeyr! Onu Hutəmə [şiddətli od] içərisinə atacaqlar.

5 Hutəmənin nə olduğunu sən haradan biləsən?!

6 Allahın alovlanan odudur ki,

7 ürəklərə qədər işləyir.

8 O, onların üzünə örtüləcəkdir,

9 özləri isə hündür sütunlara bağlanmış olacaqlar.