Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/KÖVSƏR SURƏSİ

Quran. KÖVSƏR SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(üç ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Həqiqətən də Biz sənə Kövsəri əta etdik.

2 Rəbbinə dua et və (qurban) kəs!

3 Həqiqətən, səni gözü götürməyənin özü sonsuzdur.