Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/KƏHF SURƏSİ

Quran. KƏHF SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz on ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. Həmd olsun o Allaha ki, O, Öz bəndəsinə Kitab nazil etmiş, onda bir əyriliyə [qüsura] yol verməmiş,

2. onu mötəbər (etmişdir) ki, Biz tərəfdən olan şiddətli cəza barəsində xəbərdar etsin, əməlisaleh möminlərə müjdə versin ki, onlar üçün yaxşı bir mükafat [cənnət] vardır,

3. onlar orada əbədi qalacaqlar, -

4. və "Allah Özünə övlad götürmüşdür." - deyənlərə xəbərdarlıq etsin.

5. Bu barədə nə onların, nə də ata-babalarının məlumatı vardır. Onların ağızlarından necə də yekə söz çıxır. Onların danışdıqları yalandan başqa bir şey deyildir.

6. Onlar bu Kitaba inanmadıqları üçün sən qəzəb və məyusluqdan onların bu əməlindən sonra bəlkə özünü məhv etmək istəyirsən?!

7. Biz yer üzündə olanları orada zinət etdik ki, insanları sınayıb görək onlardan hansı əməlcə daha yaxşıdır.

8. Biz yer üzərində olanları (lazım gələrsə) qupquru torpağa çevirərik.

9. Yoxsa sən elə düşünürsən ki, mağara və Rəqim əhli ayələrimizdən olan bir möcüzə idi?

10. O zaman cavanlar mağarada gizlənərkən dedilər "Rəbbimiz, bizə rəhm et və işimizdə bizə düz yol göstər!"

11. Biz mağarada olanların qulaqlannı illərlə qapalı saxladıq [onları yuxuya verdik].

12. Sonra isə Biz o iki dəstədən hansının (orada) qaldığı müddəti daha düz hesabladığını bilmək üçün onları ayıltdıq.

13. Biz onların əhvalatını sənə haqq olaraq danışırıq. Onlar öz Rəbbinə iman gətirmiş cavanlardı. Biz onların imanını daha da artırdıq.

14. Onlar qalxdıqda onların ürəklərinə qüvvət verdik və onlar dedilər: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etmərik. Onda biz küfr danışmaqda həddi aşmış olarıq.

15. Bizim bu adamlar Allahı qoyub başqalarını özlərinə tanrı götürmüşlər. Belə isə bunlar gərək onlar [o tanrılar] barəsində aydın bir dəlil gətirəydilər. Allaha qarşı böhtan uydurandan daha haqsız kim ola bilər?"

16. (Cavanlardan biri o birilərinə dedi): "Bir halda ki, siz onlardan və onların Allahdan savayı ibadət etdikləri (tanrılardan) uzaqlaşdınız, onda mağarada gizlənib qalın. Rəbbiniz sizə Öz mərhəmətini geniş edər və işlərinizdə sizə kömək edər."

17. Sən baxsaydın görərdin ki, (qızmar) günəş doğduqda onların mağarasından sağa meyl edir, batarkən onların sol tərəfindən sovuşur, onlar isə mağaranın geniş və sərin bir yerindədirlər. Bu, Allahın dəlillərindəndir. Axı Allah kimə yol göstərərsə, o, düz yolda olar, kimi azdırarsa, sən onun üçün bir himayəçi, yol göstərən tapa bilməzsən.

18. Onlar yatmış olduqları halda sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə pəncələrini astanaya uzatmışdı. Əgər sən onların yanına gəlib bu vəziyyəti görsəydin, onlardan vahiməyə düşüb geri qaçardın.

19. Biz onları beləcə ayıltdıq ki, öz aralarında sorğu-sual etsinlər. Onlardan biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar dedilər "Biz bir gün və ya günün bir hissəsi qədər qaldıq." Digərləri dedilər: “Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Birinizi bu pullarınızla şəhərə göndərin. Qoy görsün, hansı yemək daha təmizdirsə, ondan sizə bir ruzi gətirsin. Qoy o, ehtiyatlı hərəkət etsin, heç kimi sizin barənizdə duyuq salmasın.

20. Əgər onlar sizi aşkar etsələr, ya daşqalaq edər, ya da sizi özlərinin dininə qaytararlar və siz əsla yaxa qurtara bilməzsiniz."

21. Biz onları [insanları] beləcə agah etdik ki, həqiqətən, Allahın vədinin haqq olduğunu və qiyamət günü barəsində heç bir şəkk-şübhə olmadığını bilsinlər. O zaman onlar [möminlər və kafirlər] arasında mağara əhli haqqında mübahisə düşdü. (Mağara əhli öldükdən sonra kafirlər) dedilər. "Onların üstündə bir bina tikin. Özlərinin Rəbbi onları daha yaxşı tanıyır." (Mübahisədə üstün gələnlər [möminlər] isə dedilər: "Onların üstündə mütləq bir məscid quracağıq."

22. Onlar [Kitab əhli] qeyb barəsində ehtimallar quraraq deyəcəklər "Üçdürlər, dördüncüsü onların itidir" deyəcəklər. "Beşdirlər, altıncısı onların itidir" deyəcəklər: "Yeddidirlər, səkkizinci onların itidir". De: "Mənim Rəbbim onların sayını daha yaxşı bilir." Bunu ancaq az-az adam bilir." (Nazil etdiyimiz dəlillərlə) onlar barəsində açıq-aydın mübahisəyə gir və bunların [Kitab əhlinin] heç birindən onlar [mağara əhli] haqqında soruşma.

23. Heç bir şey haqqında: “Mən bunu sabah edəcəyəm.“ - demə,

24. lnşallah!" [Allah istərsə!"] - deməmiş. Unutduqda öz Rəbbini zikr edərək de: "Ola bilsin ki, Rəbbim məni (peyğəmbərliyimi sübut etmək üçün) bundan [mağara əhli möcüzəsindən] haqqa daha yaxın bir yola çıxara [möcüzə verə].”

25. Onlar mağarada üç yüz il qaldılar, doqquz da arttırdılar. [Buna görə mağara əhli mağarada üç yüz doqquz il qaldılar. Bəzi təfsirçilərə görə isə, şəmsi-miladi təqvimi ilə hesablanmış 300 il qəməri təqvimi ilə 309 ilə bərabərdir].

26. De: "Onların (orada) nə qədər qaldığını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini (bilmək də) Ona aiddir. O, hər şeyi yaxşı görür, yaxşı eşidir. Onların Ondan başqa heç bir köməyi yoxdur və O, öz hökmünə heç kimi şərik etmir."

27. Öz Rəbbinin Kitabından sənə vəhy olunmuşları [ayələri] oxu! Onun kəlamlarını dəyişə bilən olmaz. Sən Ondan başqa bir sığınacaq tapmazsan.

28. Səhər-axşam öz Rəbbini çağıraraq Ona tərəf can atanlarla [yoxsul möminlərlə] birlikdə özünə səbr ver! Bu dünya həyatının bər-bəzəyi arzusunda olub gözünü onların üstündən çəkmə! Bizi zikr etməkdə ürəyini qafil etdiyimiz və ifrata varıb öz həva-həvəsinə uyan kəsə itaət etməl

29. De: "Haqq sizin Rəbbinizdəndir. Kim istəyir qoy inansın, kim istəyir inanmasın."

30. Biz haqsızlar üçün onları çadır kimi əhatə edəcək cəhənnəm odu hazırlamışıq, imdada çağıranda onlara üz-gözü qarşıdan dəmir ərintisinə bənzər bir su ilə kömək ediləcək. Nə pis bir içki, nə pis bir sığınacaq!

31. Həqiqətən, iman gətirib əməlisaleh olanlara gəldikdə isə, Biz onların haqqını itirmərik.

32. Onlar üçün dibindən çaylar axan cənnət bağları vardır. Orada onlar qızıl bilərziklərlə bəzənəcək, atlasdan və zərxaradan yaşıl paltarlar geyəcək və taxtlar üzərində dirsəklənib oturacaqlar. Nə gözəl mükafat, nə gözəl sığınacaq!

33. Onlara iki nəfərin misalını çək; Biz onlardan biri üçün iki üzüm bağı düzəltdik və bunları xurma ağacları ilə əhatə etdik, aralarında isə əkin saldıq.

34. Hər iki bağ öz bəhrəsini verdi və onlar heç bir şeyi əsirgəmədilər. Onların ikisinin arasından çay axıtdıq.

35. Onun [bağ sahibinin] başqa sərvəti də var idi. O, öz dostuyla danışarkən ona dedi: “Mən dövlətcə səndən varlıyam və adamlarıma görə səndən güclüyəm."

36. O, öz-özünə haqsızlıq edərək bağına daxil oldu və dedi: "Zənn etmirəm ki, bu bir vaxt məhv olub gedə.

37. Zənn etmirəm ki, qiyamət qopa. Əgər mən öz Rəbbimə qaytarılsam, mütləq bundan da yaxşı bir aqibət taparam."

38. Həmsöhbəti onunla danışarkən ona dedi: "Məgər sən səni torpaqdan, sonra bir nütfədən xəlq edib, sonra da insan halına salana inanmırsan?

39. Lakin (mən deyirəm): “Allah mənim Rəbbimdir və mən öz Rəbbimə heç kimi şərik qoşmaram."

40. Sən də öz bağına daxil olan zaman gərək deyəydin: "Maşallah! [Nəyi ki, Allah istəyir!] Qüdrət yalnız Allahındır". Əgər sən dövlətcə və övladca məni (indi) özündən kasıb görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından da yaxşısını versin, oraya isə göydən bəla [dolu, xəstəlik] endirsin və o, ayaqdəyməz bir təpə olsun,

41. yaxud suyu çəkilsin və onu bir də axtarıb tapa bilməyəsən."

42. Onun (bağının) məhsulları tələf edildi. O, oraya qoyduğu xərclərə görə (peşimançılıqdan) əllərini yelləməyə başladı. Tənəklər (uçmuş) talvarların üstünə tökülmüşdü. O dedi: “Kaş öz Rəbbimə heç kimi şərik qoşmayaydım!

43. Allahdan savayı ona kömək edəcək adamlar yox idi. O isə özünə yardım edə biləcək halda deyildi.

44. O zaman [qiyamət günü] imdad etmək haqq olan Allahın işidir. O, mükafat verməkdə də, aqibət qismət etməkdə də ən yaxşısıdır.

45. Sən onlara [insanlara] bu dünya həyatının misalını çək. O, Bizim səmadan endirdiyimiz suya bənzəyir. Yerin bitkiləri onunla qarışaraq (bitər), sonra isə küləklərin apardığı quru ota çevrilər. Həqiqətən, Allah hər şeyə qadirdir.

46. Sərvət və övladlar bu dünya həyatının (müvəqqəti) bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə sənin Rəbbinin dərgahında savab [mükafat] və ümid baxımından daha xeyirlidir.

47. O günü Biz dağları hərəkətə gətirəcəyik, sən də yeri qabarmış şəkildə görəcəksən və Biz insanların heç birini buraxmadan hamısını bir yerə toplayacağıq.

48. Onlar sənin Rəbbinə cərgə-cərgə göstəriləcəklər (və onlara deyiləcək); "Hüzurumuza sizi ilk dəfə xəlq etdiyimiz görkəmdə gəldiniz. Siz isə iddia edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik."

49. Əməl dəftəri (ortaya) qoyulacaq və sən günahkarların onda olanlardan necə qorxuya düşdüklərini görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu necə dəftərdir ki, nə kiçik, nə də böyük bir günahı buraxmadan hamısının hesabını aparmışdır!" Onlar tutduqları əməllərini göz qabağında görəcəklər. Sənin Rəbbin heç kimə haqsızlıq etməz.

50. O zaman Biz mələklərə dedikdə ki, Adəmə səcdə edin, onlar səcdə etdilər, bir iblisdən başqa. O, cinlərdən idi və öz Rəbbinin əmrindən çıxaraq azğınlığa düşmüşdü. Doğrudanmı siz onlar sizə düşmən olduğu halda Məni qoyub onu və ondan törəyənləri özünüzə himayəçilər götürürsünüz? Bu, haqsızlar üçün nə pis bir dəyiş-düyüşdür!

51. Mən onlan nə göylərin və yerin, nə də özlərinin xəlq olunmasının şahidi etməmişəm. Mən yolu azanları köməkçi də tutmamışam.

52. O günü Allah deyəcək: "(Sizə kömək edəcəklərini) iddia edib Mənə şərik qoşduqlarınızı çağırın!" Onları çağıracaqlar, onlar isə hay verməyəcəklər. Biz də onların arasına keçilməz cəhənnəm dərəsi salacağıq.

53. Günahkarlar cəhənnəm odunu görən kimi oraya düşəcəklərini biləcəklər. Onlar oradan bir xilas yolu tapa bilməyəcəklər.

54. Biz bu Quranda insanlar üçün hər cür misal gətirdik. İnsan ən çox mübahisə edən varlıqdır.

55. İnsanlara düz yol göstəricisi gələn zaman ona iman gətirmələrinə və öz Rəbbindən bağışlama diləmələrinə mane olan şey əvvəlkilərin başına gələnlərin onlara da üz verməsini, yaxud hər cür əzabın onlara birbaşa gəlməsini (gözləmələridir).

56. Biz peyğəmbərləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər sifətilə göndərdik. Kafirlər isə haqqı batillə aradan götürmək üçün mübahisə edirlər. Onlar Mənim ayələrimi və xəbərdar edildikləri (əzabı) məsxərəyə qoyurlar.

57. Öz Rəbbinin ayələri yadına salındıqda onlardan üz döndərən və öz əli ilə tutduğu əməlləri unudan kəsdən haqsızı kim ola bilər? Biz onlann ürəklərinə pərdələr və qulaqlarına tıxac vurduq ki, bunu anlamasınlar. Əgər sən onlan düz yola çağırsan da, onlar heç vaxt düz yol tapa bilməyəcəklər.

58. Sənin Rəbbin bağışlayan və mərhəmətlidir. Əgər O, onları kəsb etdiklərinə [günahlarına] görə yaxalamaq istəsəydi, onda onlara əzab verilməsini tezləşdirərdi. Lakin onların müəyyən bir vaxtı vardır. Onlar heç vaxt Ondan başqa sığınacaq tapa bilməyəcəklər.

59. Budur, bu məmləkətlər haqsızlıq etdikləri zaman Biz onları məhv etdik. Biz onların məhvi üçün vaxt təyin etmişdik.

60. O zaman Musa öz gənc dostuna dedi: "İllərlə getsəm də, iki dənizin qovşağına çatmayınca dayanmayacağam."

61. Onlar qovşağa çatanda (xatırladılar ki, yemək üçün götürəcəkləri) balığı yaddan çıxarıblar. Balıq isə dənizdə suyun altı ilə yol alıb gedib.

62. Onlar (qovşaqdan) keçdikdə Musa gənc dostuna dedi: "Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük."

63. O isə dedi: "Bilirsənmi, biz qayaya sığınıb qalan zaman mən balığı (orada) yaddan çıxartdım. Onu ancaq şeytan unutdurdu ki, mənim yadımda qalmasın. O da qəribə şəkildə dənizə yol alıb getdi".

64. Musa dedi: "Bizim istədiyimiz bu idi". Və onlar öz izləri ilə geri qayıtdılar.

65. Onlar Bizim mərhəmət və bilik verdiyimiz bəndələrimizdən birinə [Xızıra] rast gəldilər.

66. Musa ona dedi: "Sənə öyrədilmiş düz yolu mənə öyrətmək şərtilə sənin ardınca gəlimmi [sənə tabe olummu]?"

67. Xızır dedi: "Sən mənimlə bir yerdə dözə bilməzsən.

68. Axı xəbərin olmadığı şeyə sən necə dözə bilərsən?"

69. Musa dedi: "İnşaallah, sən məni dözümlü görərsən və mən sənin heç bir əmrindən çıxmaram".

70. Xızır dedi: "Əgər sən mənim ardımca gəlsən, mən özüm xatırlatmasam, heç bir şey haqqında məndən soruşma".

71. Onlar yola düzəldilər və gəlib bir gəmiyə mindilər. Xızır gəmini deşdi. Musa dedi: "Onda olan adamları suya qərq etmək üçünmü onu deşdin? Sən çox pis bir iş tutdun!".

72. Xızır dedi: "Mən demədimmi ki, sən mənimlə bir yerdə səbr edə bilməzsən?"

73. Musa dedi: "Unutduğuma görə məni danlama və işimi çətinə salıb mənə əziyyət vermə".

74. Onlar yenə yola düzəldilər. Birdən bir oğlan uşağına rast gəldilər və Xızır onu öldürdü. Musa dedi: "Necə ola bilər ki, sən başqasına qəsd etməmiş təmiz bir adamı öldürəsən! Sən xoşagəlməz bir iş tutdun."

75. Xızır dedi: "Mən demədimmi ki, sən mənimlə bir yerdə səbr edə bilməzsən?".

76. Musa dedi: "Bir şey barəsində bundan sonra bir də səndən soruşsam, daha mənə yol yoldaşı olma. Həqiqətən, sən mənim son üzürümə yetdin".

77. Onlar yenə də yola düzəldilər. Nəhayət bir kənd əhalisinin yanına gəlib camaatdan yemək istədilər. Onlar isə bunları qonaq etmək istəmədilər. Onlar orada uçmaqda olan bir divar gördülər və Xızır onu tikib düzəltdi. Musa dedi:" Əgər sən istəsəydin, bunun əvəzinə haqq alardın".

78. Xızır dedi: "Bu, artıq mənimlə sənin aranda ayrılıqdır. Mən sənin dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verirəm:

79. Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlarınkı idi. Mən onu korlamaq istədim, çünki oralarda bütün gəmiləri zorla qəsb edən bir hökmdar var idi.

80. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər və biz qorxduq ki, o onları itaətsizliyə və küfrə sürükləyə,

81. Və biz istədik ki, Rəbbi onlara paklık baxımından daha yaxşısını və mərhəmətə daha yaxınını əvəz versin.

82. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi və onun altında onlar üçün bir xəzinə var idi. Onların atası isə əməlisaleh adam olmuşdur. Rəbbin istəyirdi ki, onlar həddi-buluğa çatsınlar və öz xəzinələrini Rəbbinin mərhəmətilə çıxartsınlar. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu bax budur!".

83. Onlar səndən Zülqərneyn haqqında soruşarlar. De: "Ondan sizə bir əhvalat danışım".

84. Biz onu yer üzündə möhkəmləndirdik. Ona hər şeyin yolunu göstərdik.

85. O da bir yol tutub getdi.

86. O, günəşin qürub etdiyi yerə çatanda gördü ki, günəş çirkablı bir çeşmədə batır. O çeşmənin yanında bir tayfa ilə rastlaşdı. Biz dedik: 'Ey Zülqərneyn! Sən onlara cəza da verə bilərsən, yaxşılıq da edə bilərsən".

87. O dedi: 'Kim haqsızlıq edərsə, biz ona cəza verəcəyik, sonra o, öz Rəbbinə qaytanlacaq və O, ona daha ağır cəza verəcəkdir

88. Kim ki, iman gətirib əməlisaleh olubsa, ona mükafat olaraq xeyirxahlıq ediləcək və biz ona öz əmrimizlə asan işlər buyuracağıq".

89. Sonra o, yol alıb getdi.

90. O, Günəşin çıxdığı yerə çatanda gördü ki, günəş özlərinə ondan qorunmaq üçün heç bir daldalanacaq vermədiyimiz adamların üzərinə doğur.

91. Bax belə! Biz onun bütün işlərindən xəbərdarıq.

92. Sonra o, yenə yol alıb getdi.

93. O, iki sədd [dağ] arasına çatanda orada onun sözlərini çətinliklə başa düşən bir tayfa ilə rastlaşdı.

94. Onlar dedilər “Ey Zülqərneyn! Yə'cuc və Mə'cuc tayfaları bu yerlərdə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac [vergi] verək və sən bizimlə onlar arasında bir sədd düzəldəsən?.”

95. O dedi: "Rəbbim məni nədə möhkəmlədibsə, o, daha xeyirlidir. Siz qüvvə ilə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.

96. Mənə dəmir parçalan gətirin.” O, (dəmir parçalarını) iki yamağın arasına döşəyib dedi: “Üfürün !” Onu od kimi közərdib dedi: "Gətirin mənə, onun üzərinə əridilmiş mis töküm.”

97. Onlar [Yə‘cuc-Mə‘cuc] nə onun üzərinə çıxa bildilər, nə də onu yarıb keçə bildilər.

98. O dedi: "Bu mənim Rəbbimdən olan bir mərhəmətdir Mənim Rəbbimin vədi gəldikdə isə O, bunu toza döndərəcəkdir. Rəbbimin vədi haqdır".

99. Biz o günü onlan [insanları] bir-birilə çulğalanmış halda tərk edərik. Sur [şeypur] səsləndiriləndə isə Biz onlann hamısını toplayarıq.

100. O günü Biz cəhənnəmi kafiriənn gözü önünə gətirəcəyik

101. O kəslərin ki, onlann gözü Mənim Zikrim [ayələrim] üçün qapalıdır və onlar eşidə də bilmirlər

102. Doğrudanmı kafirlər Məni qoyub bəndələrimi özlərinə himayəçi götürməyi düşünürlər? Biz cəhənnəmi kafirlər üçün bir mənzil kımı hazırlamışıq.

103. De: "Əməllənnə görə en çox ziyana düşənlər barəsində sizə xəbər verəkmi?

104. O kəslər ki, özləri yaxşı işlər gördüklərini güman etdikləri halda onların dünya həyatındakı cəhdləri boşa çıxmışdır.”

105. Bunlar öz Rəbbinin ayələrinə və onunla görüşə inanmayan və buna görə əməlləri hədər getmiş kəslərdir. Qiyamət günü Biz onlar üçün heç mızan-tərəzi də qurmayacağıq.

106. Küfr etdiklənnə. ayələrimi və peyğəmbərlərimi istehza ilə qarşıladıqlarına görə bu, onlann cəzasıdır -cəhənnəmdir.

107. İman gətirib əməlisaleh olanların mənzıllən isə Fırdous [cənnət] bağları olacaqdır.

108. Onlar oranı dəyişmək arzusunda olmayaraq orada əbədi qalacaqlar.

109. De: “Əgər Rəbbimin sözləri üçün dəniz mürəkkəb olsaydı, bir o qədər də əlavə etsəydik belə Rəbbimin sözləri qurtarmazdan əvvəl dəniz tükənərdi."

110. De: "Mən də sizin kimi bır insanam. Mənə vəhy olunur ki, sizin tanrınız vahid bir tanrıdır. Kim öz Rəbbi ilə görüşmək arzusundadırsa, qoy o, düzgün işlər görsün və öz Rəbbinə ibadətdə heç kimi Ona şərik qoşmasın".