Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/KAFİRUN SURƏSİ

Quran. KAFİRUN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(altı ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 De: “Ey kafirlər!

2 Sizin ibadət etdiklərinizə mən ibadət etmərəm,

3 Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!

4 Sizin ibadət etdiklərinizə mən ibadət edən deyiləm,

5 siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!

6 Sizin öz dininiz sizə, mənim öz dinim də mənə"