Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/LEYL SURƏSİ

Quran. LEYL SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iyirmi bir ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 And olsun qaranlığı salan gecəyə,

2 aydınlaşan gündüzə,

3 егкәк və dişini xəlq edənə ki,

4 sizin göstərdiyiniz səylər başqa-başqadır!

5 Kimin verən əli olarsa və Allahdan qorxarsa,

6 gözəl sözləri təsdiq edərsə,

7 Biz ona ən yüngülü [cənnəti] müyəssər edərik.

8 Kim (Allahın yolunda) xəsislik etsə və varına güvənib (Allaha) ehtiyacı olmadığını bildirsə

9 və gözəl sözləri yalan hesab etsə,

10 Biz ona ağın [cəhənnəmi] müyəssər edərik.

11 (Onun vəziyyəti) ağırlaşanda mal-dövləti ona fayda verməz.

12 Axı düz yolu göstərmək Bizə aiddir.

13 Axirət də, ilk həyat [dünya] da Bizimdir.

14 Mən sizi alov saçan cəhənnəm odu barəsində artıq xəbərdar etdim.

15 Oraya ancaq ən azğını daxil olar -

16 O kəs ki (haqqı) yalan hesab edib (ondan) üz döndərər.

17 Allahdan qorxan isə ondan [cəhənnəm odundan] uzaqlaşdırılar.

18 O kəs ki pak olmaq üçün malını (Allah yolunda) verər.

19 Mükafatlandırılası nemət üçün onun heç kimə minnəti olmaz.

20 O, ancaq öz ulu Rəbbinin razılığını qazanmaq üçün (belə edər).

21 O, əlbəttə ki, razı qalacaqdır!