Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/LOĞMAN SURƏSİ

Quran. LOĞMAN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(otuz dörd ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı iləl


1. Əlif, Lam, Mim.

2. Bu, elə bir hikmətli Kitabın ayələridir ki,

3. o, xeyir iş tutanlar üçün bir yol göstəricisi və bir mərhəmətdir,

4. o kəslər üçün ki, onlar axirətə qəti inanaraq namaz qılır və zəkat verirlər.

5. Onlar öz Rəbbinin (göstərdiyi) düz yoldadırlar və onlar uğura qovuşanlardır.

6. İnsanlardan eləsi də vardır ki, heç bir biliyi olmadan (insanları) Allah yolundan yayındırmaq və bunu [Quran ayələrini] ələ salmaq üçün boş sözlər satın alır. Belələri üçün rüsvayedici əzab olacaqdır.

7. Ayələrimiz beləsinə oxunan zaman o, sanki heç onları eşitmirmiş kimi, qulaqlarında karlıq varmış kimi təkəbbürlə üz çevirər. Ona üzücü bir əzabın müjdəsini ver.

8. İman gətirib əməlisaleh olanlar üçün isə Nə’im [cənnət] bağlan vardır.

9. Onlar Allahın haqq olan və’dinə görə orada əbədi qalacaqlar. Axı O, qüdrət, hökm və hikmət sahibidir.

10. O, göyləri gözlərinizlə gördüyünüz bir dirək olmadan yaratdı. Sizi titrətməsin deyə yerə də (dağlan) lövbər atdı. Oraya hər cür canlılar yaydı. Biz göydən su endirib orada hər növ gözəl bitkilər bitirdik.

11. Bunlar Allahın yaratdıqlarıdır. Bir Mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Doğrusu, haqsızlar açıq-aşkar yol azıblar.

12. Biz Loğmana hikmət bəxş etdik: “Allaha şükr et!” Kim şükr edərsə, ancaq özü üçün şükr etmiş olar. Kim naşükr olarsa (bilsin ki,) həqiqətən, Allah heç nəyə ehtiyacı olmayandır, tə'rifəlayiqdir.

13. O zaman Loğman öz oğluna nəsihət verərək dedi: "Oğlum, Allaha şərik qoşma. Şərik qoşmaq həqiqətən böyük haqsızlıqdır."

14. Biz insana öz ata-anasına yaxşı baxmağı tövsiyə etdik. Anası onu (bətnində) halsızlıq üstündən halsızlıqla gəzdirmişdir. Onun süddən kəsilməsi isə iki il ərzində olur. (Biz insana dedik): “Mənə və öz ata- anana şükr et! Son qayıdış Mənədir.

15. Əgər onlar sənin bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün cəhd göstərsələr, (bu işdə) onlara itaət göstərmə. (Digər) dünya işlərində isə onlarla yaxşı davran və Mənə üz tutanın ardınca get. Sonra qayıdışınız Mənədir və Mən nələr etdiyinizi sizə xəbər verəcəyəm."

16. (Loğman dedi): "Oğlum, əgər bu [günah və ya savab işlər], lap xardal dənəsi ağırlığında olub bir qaya içərisində, yaxud göylərdə və ya yerin olsa da, Allah onu üzə çıxarar. Axı Allah incəlikləri biləndir, xəbərdardır.

17. Oğlum, namaz qıl, (insanlara) xeyir işlər görməyi buyur, xoşagəlməzdən çəkindir və sənə üz verənlərə döz. Həqiqətən də bu, vacib işlərdəndir.

18. İnsanlara (təkəbbürlə) üz turşudub ağız büzmə, yer üzündə lovğa- lovğa gəzib dolanma. Həqiqətən, Allah hər bir özündən razını, lovğalanıb fəxr edəni sevməz.

19. Yerişində həddi gözlə, (danışanda) səsini qaldırma. Axı səslərin ən xoşagəlməzi uzunqulağın səsidir."

20. Məgər siz Allahın göylərdə və yerdə olan hər şeyi ixtiyarınıza verdiyini, sizə açıq və gizli bol-bol nemətlər verdiyini görmürsünüz? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, yol göstəricisi və yolu işıqlandıran kitabı olmadan Allah barəsində mübahisə edir.

21. Onlara: "Allahın nazil etdiyinin ardınca gedinl" - deyəndə onlar: "Xeyr, biz ata-babalarımızı üzərində gördüyümüz yolla gedəcəyik." - deyərlər. Şeytan onları [ata-babalarını] cəhənnəm odu əzabına çağırırmışsa, necə?l

22. Kim xeyir işlər görüb Allaha üz tutarsa, o, ən möhkəm bağdan yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdar.

23. Kim küfr edərsə, onun küfr etməsi qoy səni kədərləndirməsin. Onların qayıdışı Bizədir, onda törətdikləri əməllər haqqında onlara xəbər verəcəyik. Axı Allah ürəklərdə olanlardan da xəbərdardır.

24. Biz onlara bir müddət (dünya nemətlərindən) faydalanmaq imkanı verər, sonra isə onlan məcburən sərt bir əzaba düçar edərik.

25. Onlardan: "Göyləri və yeri kim yaradıb?" - deyə soruşsan, onlar “Həqiqətən Allah” - deyərlər. De: “Allaha həmd olsun!” Lakin onlann çoxu bilmir.

26. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Həqiqətən, Allah heç nəyə ehtiyacı olmayandır, tərifəlayiqdir.

27. Yer üzündəki bütün ağaclar qələm olsa və dəryaya özündən başqa yeddi dərya qatılsa belə Allahın kəlamları tükənməz. Həqiqətən, Allah qüdrət, hökm və hikmət sahibidir.

28. Sizin yaranışınız da, yenidən dirilməniz də ancaq tək bir adamınkı kimidir. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.

29. Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, hər biri müəyyən edilmiş vaxta qədər hərəkətdə olan günəşi və ayı xidmətinizə verdiyini və Allahın tutduğunuz əməllərdən xəbərdar olduğunu görmürsünüz?

30. Bu, belədir, çünki Allah haqdır. Ondan başqa onların (köməyə) çağırdıqları isə batildir. Allah uludur, böyükdür.

31. Allah Öz dəlillərini sizə göstərsin deyə, gəminin dəryada Onun mərhəməti ilə üzdüyünü görmürsünüz? Həqiqətən, hər bir səbr edən və şükr edən üçün bunlarda ibrətlər vardır.

32. Dalğalar onları (uca dağ) kölgələri kimi bürüyəndə onlar dinin ancaq Allaha aid olduğunu bildirərək Onu (köməyə) çağırarlar. O, onları quruya çıxarıb xilas edəndə isə onların bəzisi (inamla küfr arasında) orta yol tutar. Bizim ayələrimizi ancaq xain və nankorlar danarlar.

33. Ey insanlar, öz Rəbbinizdən qorxun! Valideynin övlada, övladın valideynə heç bir faydası olmayacağı gündən qorxun! Həqiqətən, Allahın vədi haqdır. Qoy bu dünya həyatı sizi şirnikdirib aldatmasın və məğrur [şeytan] sizi Allah (bağışlayacaq deyə) tovlayıb aldatmasın.

34. Həqiqətən, qiyamətin (nə zaman qopacağı) haqqında bilik Allahdadır. Yağışı O endirir, bətnlərdə nə olduğunu O bilir. Heç kəs sabah nə qazanacağını bilmir, heç kəs harada öləcəyini bilmir. Şübhəsiz ki, Allah hər şeyi biləndir, xəbərdardır.