Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MA'UN SURƏSİ

Quran. MA'UN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yeddi ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Sən dini yalan hesab edən o kəsi gördünmü?

2 O, yetimi qovandır,

3 kasıbı yedirtməyə sövq etməyəndir.

4 Vay o namaz qılanların halına ki,

5 onlar öz namazlarına etinasız yanaşırlar,

6 ikiüzlülük edirlər

7 və (başqalanna) pay verməkdən imtina edirlər.