Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/NƏBƏ SURƏSİ

Quran. NƏBƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(qırx ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1. Onlar bir-birilərindən nə barədə soruşurlar?

2. böyük xəbər haqqında ki,

3. özləri onun barəsində ixtilafdadırlar?

4. Xeyr, onlar biləcəklər!

5. Bir daha xeyir, onlar biləcəklər!

6. Мәgәг Biz yer üzünü yataq etmədikmi?

7. Dağları da dayaqlar?

8. Sizi cüt-cüt yaratdıq.

9. Yuxunuzu dincəlmək üçün etdik,

10. gecəni örtük etdik,

11. gündüzü ruzi axtarmaq üçün düzəltdik.

12. Başınız üzərində yeddi möhkəm (göy) qurduq.

13. Və parlaq bir çıraq yaratdıq.

14. Dolmuş buludlardan bol-bol su endirdik ki,

15. onunla taxıl və bitkilər çıxaraq,

16. sıx-sıx bağlar (bitirək).

17. Həqiqətən, ayırd etmə günü vəd edilmiş vaxtdır.

18. Sur səslənən gün bölük-bölük gələcəksiniz.

19. Göy açılıb qapı-qapı olacaqdır.

20. Dağlar hərəkətə gətirilib ilğıma çevriləcəkdir.

21. Həqiqətən də cəhənnəm bir pusqu yeridir,

22. həddini aşanlar üçün dönüş yeridir.

23. Orada onlar əsrində qalacaqlar.

24. Onlar orada nə bir sərinlik, nə də içiləsi bir şey dadacaqlar,

25. ancaq qaynar və irinli içki (dadacaqlar),

26. Dünyadakı əməllərinə görə) müvafiq bir cəza olaraq.

27. Çünki onlar haqq-hesab çəkiləcəyini gözləmirdilər,

28. ayələrimizi də daim yalan hesab edirdilər.

29. Biz də hər şeyi hesaba alıb yazmışıq.

30. Artıq dadın! Biz sizin üçün əzabı artırmaqdan başqa bir şey etməyəcəyik.

31. Həqiqətən də muttəqılər üçün uğurlu bir yer [cənnət] vardır,

32. bağ-bağçalar, üzümlüklər,

33. həmyaşıd şux döşlü [qızlar]

34. və ləbələb dolu badələr vardır.

35. Onlar orada nə boş bir söz, nə də yalan eşidərlər.

36. (Bunlar) sənin Rəbbindən olan bir mükafat, bir əta, haqq-hesabdır.

37. Göylərin, yerin və onların arasında olanların Rəbbindən, Mərhəmətlidən. Onun hüzurunda bir söz deyə bilməzlər.

38. Ruhun [Cəbrailin] və mələklərin sıra ilə düzüləcəkləri günü mərhəmətli Allahın izn verdiyi kəsdən başqa heç kim danışa bilməz. (Danışan da) həqiqəti deyəcəkdir.

39. O gün haqdır. İstəyən öz Rəbbinə tərəf gedən bir yol tapar.

40. Biz sizi yaxın bir əzab barəsində xəbərdar etmişdik. O günü insan öz əllərinin etdiyi əməlləri görəcəkdir və kafir deyəcəkdir: "Kaş torpaq olaydım!“