Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/NAS SURƏSİ

Quran. NAS SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(altı ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 De: “İnsanların Rəbbinə pənah gətirirəm,

2 insanların ixtiyar sahibinə,

3 insanların tanrısına (pənah gətirirəm)

4 o vəsvəsəçi, (Allahın adı çəkiləndə) qaçıb gizlənənin [şeytanın] şərrindən ki,

5 insanların ürəklərinə vəsvəsə salır,

6 cinlərdən və insanlardan olan (şeytanın şərrindən)!“