Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/RƏHMAN SURƏSİ

Quran. RƏHMAN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yetmiş səkkiz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə


1. Mərhəmətli (Allah)

2. Quranı öyrətdi,

3. insanı xəlq etdi

4. və ona danışmağı öyrətdi.

5. Günəş də, ay da bir ölçü ilə (hərəkət edir).

6. Otlar da, ağaclar da səcdə edir.

7. Səmanı da O yüksəltdi, mizan-tərəzini də O qurdu ki,

8. slz həmin mizan-tərəzini pozmayasınız.

9. Ədalətlə çekin və tərəzidə çəkini əskik etməyin.

10. Yeri de canlı varlıqlar üçün O qurdu.

11. Orada meyvələr, salxımlı xurma ağacları,

12. qabıqlı dənli bitkilər və ətirli bitkilər vardır.

13. Bəs onda siz (ey insan və cin) Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?!

14. O, insanı qurumuş saxsı kimi səslənən palçıqdan xəlq etdi,

15. cinləri isə təmiz [tüstüsüz] oddan xəlq etdi.

16. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?!

17. (O), iki şərqin və iki qərbin Rəbbidir!

18. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

19. Allah (sənə) bir-birinə qovuşub-qarışmış kimi (görünən) iki dəniz [biri şor, biri şirin] göndərdi.

20. Aralarında maneə olduğundan onlar qarışmazlar.

21. Bes onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

22. Onlardan mirvari və mərcan çıxır.

23. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

24. Dənizdə dağlar kimi ucalıb üzən (gəmilər) Onundur.

25. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

26. Yer üzərində olan hər şey fanidir.

27. Senln cah-cəlal və kərəm sahibi olan Rəbbin zatı əbədidir.

28. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

29. Göylərdə və yerdə olan hər kəs (möhtac olduğu şeyi) Ondan istər. O, hər an bir işdədir.

30. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

31. Ey insan və cin! Sizinlə də (haqq-hesab çəkib) qurtaracağıq.

32. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

33. Ey cin və insan dəstəsi! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq böyük bir qüvvətlə keçə bilərsiniz (ki, o da sizdə yoxdur).

34. Bas onca sız Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

35. Üzərinizə od-alov və mis ərintisi göndəriləcək və siz özünüzü qurtara bilməzsiniz.

36. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

37. O zaman [qiyamət günü] səma yarılıb qızarmış yağ rəngində gül kimi olacaqdır.

38. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

39. O günü nə insanlardan, nə də cinlərdən günahları soruşulmayacaqdır.

40. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

41. Günahkarlar simalarından tanınacaqlar. Onların kəkillərindən və ayaqlarından tutacaqlar.

42. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

43. Günahkarların yalan hesab etdikləri cəhənnəm budur!

44. Onlar onunla [cəhənnəm odu ilə] qaynar su arasında dolanacaqlar.

45. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

46. Öz Rəbbinin məqamından qorxana iki cənnət bağı vardır.

47. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

48. Qollu-budaqlı iki bağ!

49. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

50. Onlarda iki axar çeşmə vardır.

51. Bəs onda siz Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?

52. Onlarda hər meyvədən qoşa-qoşa vardır.

53. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

54. Onlar orada astarı atlas qumaşdan olan döşəklər üzərində dirsəklənəcəklər. Hər iki bağın meyvəsi (onlara) yaxındır.

55. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

56. Orada gözlərini (ancaq öz kişilərinə) dikmiş və onlardan əvvəl nə bir insan, nə də cinin əli dəymiş qadınlar vardır.

57. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

58. Onlar sanki yaqut və mərcandırlar.

59. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

60. Yaxşılığın əvəzi ancaq yaxşılıqdır.

61. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

62. Onların ikisindən başqa da iki cənnət bağı vardır.

63. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

64. İki yamyaşıl (bağ)!

65. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

66. Orada fəvvarə vuran iki çeşmə vardır.

67. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

68. Onlarda meyvələr, xurma və nar ağadan vardtr.

69. Bəs onda siz Rəbbinizin hansı nemətlənnı yalan hesab edirsiniz?

70. Onlarda xoş xasiyyətlilər, gözəllər vardır.

71. Bəs onda Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

72. Xeymələrdən çıxmayan qaragözlü hurilər!

73. Bəs onda siz Rəbbinizin hansı nemətlənnı yalan hesab edirsiniz?

74. Onlardan əvvəl onlara nə bir insan, nə də bir cin əli toxunmuşdur.

75. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

76. Onlar yaşıl mütəkkələrə və gözəl işlənmiş (xalılara) dirsəkləniblər.

77. Bəs onda siz Rəbbinizin hansı nemətiərini yalan hesab edirsiniz?

78. Cah-cəlal və kərəm sahibi Rəbbinin adı nə qədər mübarəkdir [xeyir- bərəkətlidir]!