Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/SAD SURƏSİ

Quran. SAD SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(səksən səkkiz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Sad. Öyüd-nəsihətli Qurana and olsun!

2. Doğrusu, kafirlər bir təkəbbür və nifaq içərisindədirlər.

3. Biz onlardan əvvəl neçə-neçə nəsli məhv etdiki Onlar (haraya) çağırdılar, lakin artıq can qurtarmaq vaxtı keçmişdi.

4. Onlar özlərindən onlara bir öyüd-nəsihətçi gəlməsinə təəccüb etdilər. Kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır,

5. Tanrıları tək bir tanrımı edir? Bu, həqiqətən, təəccüblü bir şeydir!"

6. Onların əyanları çıxıb gedərək dedilər: "Gedin və öz tanrılarınıza səbrlə ibadət edin! İstənilən şey də elə budur!

7. Biz sonuncu dində bu barədə heç nə eşitməmişik. Həqiqətən də bu, bir uydurmadan başqa bir şey deyildir.

8. Məgər bizim aramızdan onamı Zikr [Quran] nazil olunub?" Bəli, onlar Mənim Zikrim barəsində şəkk-şübhə içərisindədirlər. Bəli, onlar Mənim cəzamı hələ dadmayıblar!

9. Yoxsa onlarda sənin qüdrətli, bəxş edən Rəbbinin mərhəmət xəzinələri vardır?!

10. Yoxsa göylərin, yerin və onlann arasında olanlann ixtiyan onların əlindədir?! Qoy onda bir (göyün) yollarına qalxsınlar!

11. Onlar məğlubiyyətə uğrayacaq dəstələrdən ibarət bir qoşundur.

12. Onlardan əvvəl də Nuh camaatı, Ad da, çarmıxlar sahibi Firion da (peyğəmbərləri) yalan hesab etdi.

13. Səmud da, Lut camaatı da, əl-Əykə sakinləri də - bütün bu dəstələr (yalan hesab etdilər).

14. Onlardan hər biri peyğəmbərləri yalançı hesab etdi və Mənim cəzam haqq oldu!

15. Bunlar tükürpədici bircə hayqırtıdan başqa bir şey gözləyə bilməzlər, bu, geri dönməz bir hayqırtı olacaqdır.

16. Onlar (istehza ilə) dedilər “Rəbbimiz, haqq-hesab gününə qədər bizim (əzab) payımızı göndər."

17. Onlann dedikləri sözlərə döz və qüvvət sahibi olan bəndəmiz Davudu yada sal. Həqiqətən o, daim Allaha üz tutan idi.

18. Biz dağları onun əmrinə tabe etdik. onlar axşam-səhər onunla birgə Allaha təriflər deyərlər.

19. Quşları da bir yerə toplayaraq (onun əmrinə tabe etdik). Hamısı ona boyun əyərdilər.

20. Biz onun mülkünü də möhkəmləndirdik, ona hikmət və deyilən sözlərdə düzü əyridən ayırd etmək qabiliyyəti verdik.

21. Sənə münaqişədə olanların xəbəri gəlib çatıbmı? O zaman onlar divan aşıb məbədə girdilər.

22. O zaman onlar Davudun yanına daxil oldular. O, onlardan qorxdu. Onlar dedilər "Qorxma, (biz) iki münaqişəçiyik - birimiz digərinə qarşı şər işlədib. Aramızda haqq ilə hökm ver, ədalətsizlik etmə və bizi düz yola çıxart.

23. Bax, bu qardaşımdır. Onun doxsan doqquz qoyunu var, mənim isə bircə qoyunum vardır. O: "Onu da mənə tapşır! " - deyib mübahisədə mənə güc gəldi.”

24. Davud dedi: "Sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə o, sənə qarşı haqsızlıq etmişdir. Şərikli olanların çoxu həmişə bir-birinə qarşı haqsızlıq edər, iman gətirib əməlisaleh olanlar istisna olmaqla. Onların sayı necə də azdır." Sonra Davud başa düşdü ki, Biz onu ancaq sınayırdıq və o, Rəbbindən bağışlanmasını dilədi, diz çökərək səcdəyə qapandı və Allaha üz tutdu.

25. Biz də buna görə onu bağışladıq. Bizdə onun üçün xeyir-bərəkət və (axirətdə) gözəl sığınacaq vardır!

26. (Davuda dedik); "Ey Davud! Biz səni yer üzündə bir xəlifə [hökmdar və ya əvvəlki peyğəmbərlərin davamçısı] etdik. Elə isə insanlar arasında haqla hökm ver və həva-həvəsə uyma, yoxsa o, səni Allahın yolundan azdırar. Həqiqətən də Allahın yolundan azanlara haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab vardır."

27. Biz göyü, yeri və onların arasında olanları boş-boşuna yaratmamışıq. Bu, kafirlərin zənnidir. Oddan vay kafirlərin halına!

28. Məgər Biz iman gətirib əməlisaleh olanları yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutarıqmı və ya Allahdan qorxanları günahkar kəslərlə eyni tutarıqmı?

29. (Bu), ayələrini düşünüb anlamaları və əql sahiblərinin ibrət almaları üçün sənə nazil etdiyimiz mübarək bir kitabdır.

30. Biz Davuda Süleymanı bəxş etdik; nə gözəl bəndə! Həqiqətən də o, Allaha üz tutandır.

31. O zaman axşam çağı ona gözəl cins atlar göstərildi.

32. O dedi: “Mənim nemətə [atlara] olan meyl və məhəbbətim gecə öz pərdəsini endirənə qədər məni öz Rəbbimi zikr etməkdən qoyur.

33. Onları yanıma gətirin!" O, atların ayaqlarını və boyunlarını tumarlayıb (onlarla vidalaşdı).

34. Axı Biz Süleymanı sınayırdıq. Biz (onu) öz taxtı üzərinə cansız bir cəsəd kimi saldıq. Sonra da o, əvvəlki halına qayıtdı

35. və dedi: "Rəbbim, məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kimə nəsib olmasın, axı sən bəxş edənsən!"

36. Küləyi ona tabe etdik - külək onun əmri ilə onun istədiyi tərəfə asanlıqla əsirdi, -

37. şeytanlardan hər cür tikib-quran, qəvvası

38. və halqalarla bir-birinə bağlanmış başqa şeytanları da.

39. (Allah buyurdu): 'Bu, Bizim hədiyyəmizdir, (istədiyin kəsə) istəsən ver, istəsən vermə. (Bundan ötrü səndən) haqq-hesab çəkilməz."

40. Həqiqətən də Bizdə onun üçün (bu dünyada) xeyir-bərəkət və (axirətdə) gözəl sığınacaq vardır!

41. Bəndəmiz Əyyubu da yada sal! O zaman o, öz Rəbbini səslədi: "Şeytan mənə bir sıxıntı və əziyyət toxundurub!"

42. (Ona deyildi): "Ayağını yerə vur! Bax budur yuyunmaq və içmək üçün sərin su!"

43. Özümüzdən bir mərhəmət olaraq və əql sahibləri üçün bir ibrət olsun deyə Biz ona ailəsini və üstəlik bir o qədər də (övlad) bəxş etdik.

44. (Ona deyildi): "Əlinə bir dəstə (çubuq) al və onunla (arvadını) vur, andını pozma!" Biz onu səbrli gördük. Nə gözəl bir bəndə! Həqiqətən də o, həmişə Allaha üz tutan idi.

45. Qüvvət və bəsirət sahibləri olan bəndələrimiz İbrahimi, İshaqı və Yaqubu yada sal!

46. Biz onlara axirət evini anlamaq qabiliyyəti verdik.

47. Onlar Bizim yanımızda seçilmiş xeyir əməlli kəslərdəndirlər.

48. İsmaili, əl-Yəsəi və Zul-Kifli də yada sal. Hamısı seçilmiş xeyir əməlli kəslərdəndirlər.

49. Bunlar [əhvalatlar] yada salmadır. Həqiqətən, Allahdan qorxanların gözəl bir sığınacağı -

50. qapıları üzlərinə açıq Ədn [cənnət] bağları vardır.

51. Onlar orada mütəkkələrə dirsəklənərək çoxlu meyvə və içki istərlər.

52. Yanlarında (həyadan) gözlərini yerə dikmiş həmyaşıd (hurilər) olacaqdır.

53. Haqq-hesab günü üçün sizə vəd olunanlar bunlardır!

54. Bu, Bizim verdiyimiz ruzidir, o, tükənməzdir!

55. Belə! Həddini aşmış azğınlar üçün isə pis bir sığınacaq -

56. od tutub yanacaqları cəhənnəm vardır. Nə pis yataq!

57. Qoy onlar onu - qaynar suyu və irini dadsınlar!

58. Başqa (əzablar) da bunun kimidir, cürbəcürdür.

59. (Kafirlərin başçılarına deyirlər): "Bu, sizinlə birlikdə (cəhənnəmə) atılacaq dəstədir". Onlar isə: "Bunlara salam [salamatlıq] yoxdur, onlar odda yanasıdırlar", - deyərlər.

60. Kafirlər (başçılarına) deyərlər: "Xeyr, bunu siz etdiniz. Sizə salam yoxdur, bunu [cəhənnəmi] bizim üçün siz hazırlamısınız. Nə pis qərar tutma yeri!"

61. (Həmçinin) deyərlər: "Rəbbimiz, kim bizi buna hazırlayıbsa, onun od içərisindəki əzabını ikiqat artır!"

62. Onlar (od əzabında ikən) deyərlər: “Nə üçün bədəməlli saydığımız adamları burada görmürük?

63. Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözdən yayınıblar?"

64. Cəhənnəm odu içərisində olanların bir-biri ilə höcətləşməsi, - doğrudan da bu, bir həqiqətdir.

65. De: "Mən ancaq xəbərdarlıq edən və öyüd-nəsihətçiyəm. Vahid, (hər şeyə) qalib Allahdan başqa heç bir tanrı yoxdur, -

66. göylərin, yerin və onların arasında olanların Rəbbi, qüdrətli, bağışlayan (Allahdan başqa)!"

67. De: "Bu, böyük bir xəbərdir.

68. Siz isə bundan üz çevirmisiniz.

69. Uca varlıqlar [mələklər] mübahisə apararkən mənim onlardan heç bir xəbərim yox idi.

70. Xəbərdaredici və öyüd-nəsihətçi olmamdan başqa mənə heç bir şey vəhy olunmamışdır."

71. O zaman sənin Rəbbin mələklərə dedi: "Mən palçıqdan bir insan yaradacağam.

72. Elə ki, düzəltdim və ruhumdan ona üfürdüm, onda siz üz üstə düşərək ona səcdə edin!"

73. Mələklərin hamısı birlikdə səcdə etdilər,

74. bircə iblisdən başqa. O, təkəbbür göstərdi və kafirlərdən oldu.

75. Allah dedi: "Ey iblis, Mənim Öz əllərimlə xəlq etdiyimə sənin səcdə etməyinə nə mane oldu? Sən təkəbbür göstərirsən, yoxsa yüksək məqamlılardan olmusan?

76. iblis dedi: "Mən ki ondan yaxşıyam; axı Sən məni oddan, onu isə palçıqdan yaratdın."

77. Allah dedi: "Çıx oradan! Sən həqiqətən də daşqalağa layiqsən!

78. Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!"

79. iblis dedi: "Rəbbim, insanlar dirildiləcəkləri günə qədər mənə möhlət ver!"

80. AIIah dedi: "Həqiqətən, sən möhlət verilənlərdənsin.

81. vaxtı məlum günə qədər."

82. iblis dedi: "Sənin qüdrətinə and olsun ki, mən onların hamısını tovlayıb yoldan çıxaracağam,

83. onların arasındakı Sənin sadiq bəndələrindən başqa!"

84. Allah dedi: "Doğrusu, Mən tam duzunu deyərəm -

85. Mən cəhənnəmi səninlə və onlardan bütün sənin ardınca gedənlərlə dolduracağam!"

86. De: "Mən bunun üçün sizdən heç bir haqq istəmirəm və mən özündən uyduranlardan da deyiləm."

87. Bu (Quran), aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.

88. Onun xəbərlərinin (doğruluğunu) bir vaxtdan sonra siz mütləq biləcəksiniz!