Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/TƏĞABUN SURƏSİ

Quran. TƏĞABUN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on səkkiz ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Göylərdə və yerdə nə varsa, Allaha təriflər deyər. Mülk də Onundur, həmd də Ona məxsusdur. O, hər şeyə qadirdir!

2 Sizi xəlq edən Odur. Sizlərdən kafiri də var, mömini də vardır. Allah nələr etdiyinizi görür!

3 O, göyləri və yeri yerli-yerində yaratmışdır və sizə surətlər vermişdir. Surətlərinizi gözəl biçimdə yaratmışdır. Onadır son dönüş!

4 O, göylərdə və yerdə olanları bilir, nəyi gizlədib, nəyi aşkar etdiyinizi də bilir. Axı Allah lap ürəklərin özünü biləndir!

5 Bundan əvvəl küfr edib öz əməllərinin cəzasını dadanların xəbəri sizə gəlib çatmayıbmı? Onlar üçün üzücü əzab vardır.

6 Bu ona görədir ki, peyğəmbərləri onlara aşkar dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir bəşər övladımı düz yol göstərəcək?” - deyirdilər. Küfr edib (haqdan) üz döndərdilər, Allah da onlara möhtac olmadığını göstərdi. Axı Allah heç nəyə möhtac deyildir, tərifəlayiqdir!

7 Kafirlər bir daha dirildilməyəcəldərini iddia edərlər. De: "Bəli, Rəbbimə and olsun ki siz mütləq dirildiləcəksiniz, sonra isə tutmuş olduğunuz əməllər barədə sizə mütləq xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!"

8 Allaha, Onun peyğəmbərinə və nazil etdiyimiz nura [Qurana] iman gətirin. Allah nələr etdiyinizi yaxşı biləndir.

9 (Allahın) sizi məhşər ayağına toplayacağı gün aldanmaların (üzə çıxacağı) gündür. Kim əməlisaleh olub Allaha iman gətirərsə onun pisliklərini örtər və onu dibindən çaylar axan əbədi qalacağı cənnət bağları içərisinə daxil edər. Bu, böyük uğurdur.

10 Küfr edib ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər, orada daimi qalacaqlar. Nə pis bir dönüş yeri!

11 Allahın izni olmadan (heç kimə) bir müsibət üz verməz. Kim Allaha iman gətirərsə, O, onun ürəyini düz yola yönəldər. Axı Allah hər şeyi biləndir!

12 Allaha itaət edin, peyğəmbərə itaət edin! Əgər üz döndərsəniz (bilin ki), peyğəmbərimizin üzərinə düşən ancaq aydın bəyan etməkdir.

13 Allah! Ondan başqa heç bir tanrı yoxdur! Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər!

14 Ey iman gətirənlər! Sizin arvadlarınız və övladiannız içərisində sizə düşmən olanlar da vardır, onlardan özünüzü qoruyun. Əgər əfv edib, (günahlarından) keçib bağışlasanız (bilin ki), Allah bağışlayandır, rəhmlidir!

15 Mal-dövlətiniz və övladiannız ancaq bir sınaqdır. Allahın dərgahında isə böyük bir mükafat vardır.

16 Belə isə bacardığınız qədər Allahdan qorxun, qulaq asın, itaət göstərin və (malınızı) öz xeyiriniz üçün (Allah yolunda) xərcləyin. Bu, sizin üçün daha xeyirlidir. Kim nəfsinin xəsisliyindən, tamahından qorunmuşdur, onlar uğura qovuşanlardır.

17 Əgər Allaha yaxşı bir borc versəniz, O, əvəzini sizin üçün qat-qat edər və sizi bağışlan Allah şükrə cavab verəndir, həlimdir.

18 O, qeybi və aşkarı biləndir, qüdrət, hökm və hikmət sahibidir.