Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/TlN SURƏSİ
Quran. TlN SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(səkkiz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 And olsun əncirə və zeytuna,
2 Sinay dağına
3 və bu təhlükəsiz şəhərə ki,
4 Biz insanı ən gözəl bir surətdə xəlq etdik.
5 Sonra isə Biz onu aşağıdakılardan daha aşağı bir hala qaytardıq,
6 yalnız iman gətirib yaxşı əməl işlədənlərdən başqa. Onlar üçün tükənməz mükafat vardır.
7 Bundan sonra (ey insan), dini yalan saymağa səni nə vadar edir?
8 Məgər Allah hökm verənlərin ən güclüsü deyilmi?!