Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Fatihə surəsi

Quran. Əl-Fatihə surəsi

Tərcüməçilər: Vasim MəmmədəliyevZiya Bünyadov
Əl-Bəqərə surəsi


1 Mərhəmətli, rəhmli Allahın adı ilə!

2 Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,

3 (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,

4 Haqq-Hesab (qiyamət) gününün sahibinə!

5 Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən diləyirik!

6 Bizi doğru (düz) yola yönəlt!

7 Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!