Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Qariə surəsi

Bismillahir-rəhmanir-rəhim!

1 Ürəkləri dəhşətə salan qiyamət!

2 Nədir qiyamət?!

3 Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!

4 O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);

5 Dağlar isə didilmiş yun kimi olacaqdır!

6 (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,

7 (Cənnətdə) xoş güzəran içində olacaq!

8 Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,

9 Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!

10 Sən nə bilirsən ki, o (Haviyə) nədir?!

11 O çox qızmar bir atəşdir!

Əvvəlki surə:
Adiyat surəsi
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Qariə surəsi Sonrakı surə:
Təkasur surəsi
Əvvəl nazil olan surə:
Qureyş surəsi
Sonra nazil olan surə:
Qiyamə surəsi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114