Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əz-Zilzal surəsi

Bismillahir-rəhmanir-rəhim!

1 Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

2 Yer öz yükünü çıxardıb atacağı zaman;

3 İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman -

4 Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -

5 Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!

6 O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).

7 Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).

8 Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).

Əvvəlki surə:
Bəyyinə surəsi
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əz-Zilzal surəsi Sonrakı surə:
Adiyat surəsi
Əvvəl nazil olan surə:
Nisa surəsi
Sonra nazil olan surə:
Hədid surəsi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114