Rəvayətlər. Qurd Zöhrə
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmiş zamanlarda Zöhrə adlı bir arvad varmış. Bu arvat bir gün ev işlərini görüb, gecənin qaranlıq vaxtı çimmək istəyir, özü də çöldə. Çimib qurtarandan sonra paltarını geyinmək istəyəndə göy- dən başına canavar dərisi düşür. Bu vaxt Zöhrə canavar sifətində çöllərə üz qoyur. Səhər açılanda evinə qayıdır, öz paltarını geyinir, canavar paltarını gizdədir. Bir belə, beş belə, hər axşam canavar paltarını Zöhrə geyinib, kəndlərə gedir, adam, qoyun, keçi, əlinə nə düşsə yeyir. Bir dəfə bir ağ atı yoldaşları ilə parçalayarkən Zöhrəyə atın yaralı yeri düşür. Zöhrə yemək istəmir, küsür. Bunu görən yoldaşları onu boğurlar, üst dodağına diş batırırlar. Səhər yenicə evə gəlib paltarını dəyişən Zöhrəyə əri göz qoyur, onun yarasını görür, ancaq bildirmir. Sonra arvadını izləyir görür ki, arvadı gecə canavar, gündüz adam olur. Bir gün Zöhrə çörək bişirmək üçün ertədən un ələyir, balatı eləyir, sora ərini yuxuya verib yenə canavar olur. Əri görür ki, gələndə paltarını soyunub nehrənin içində gizlətdi. Zöhrə təndiri qızdıran vaxt əri həmin canavar paltarını təndirə tullayır. Bu vaxt Zöhrə bərk qışqırır. Sora bu işin üstünü ərinə açır. O gündən Zöhrəni qurd Zöhrə çağırırlar.

Mənbə

redaktə