Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşın

Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşın
Müəllif: Məhəmməd Füzuli


Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşın
Ki, gər axsaydı ləl eylərdi bişək Bisütun daşın.

Bəla yolunda qovğayə qaçan mən tək dözər Məcnun,
Qaçan olmaz duran tək yey bilir hər kimsə yoldaşın.

Demən göz yaşı ilə dəf olur eşq atəşi təndən,
Bu od hər yerə düşsə fərq qılmaz qurusun, yaşın.

Bəyani-eşqə əbəsdir lövhi-rüxsarimdə xuni-dil,
Bəsirət əhlinə zahir qılır hər nəqş nəqqaşın.

Füzuli, badəxari duzəxi der xəlq, heyranəm,
Ki, həq neyçün salıbdır cənnətə meyxana ovbaşın.