Sənsiz nəfəsi səbrü qərarım yoxdur,
Nəzzarədən özgə intizarım yoxdur.
Bitablıqımda ixtiyarım yoxdur,
Təşrif gətir ki, qəmküsarım yoxdur.
Nə lütf idi nagəhan ki, bünyad etdin,
Bir namə bilə Əmanidən yad etdin.
Hicr içrə pozuq könlünü abad etdin,
Əlqissə ki, qəmdən onu azad etdin.
Dövran məni etgüncə cüda canandan,
Ey kaş, iraq salaydı cismim candan.
Görkən sitəmi dəli könül hicrandan,
Nə şərh edim, ötübdürür imkandan.
Yüz şükr ki, gəldik, yenə kaşənimizə,
Yetdik şərəfı-vüsali-cananəmizə.
Hərçənd qılırsa naz ol fərzanə,
Minnətlər irir bu dili-divanəmizə.