Rübailər (Vərqa və Gülşa)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Vərqa və Gülşa. Rübailər (1628/29) Müəllif: Rüknəddin Məsud Məsihi |
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə→ |
Rübailər
Ey mǝrifǝtin baği-sǝhanın sǝmǝri,
Vey mǝkrǝmǝtin bǝhri-vüsudin göhǝri.
Vǝrqadǝdurur kǝmali-eşqin xǝbǝri,
Gülşadǝdurur sǝmali-hüsnün ǝsǝri.
Ey aşiqü mǝşuqǝ qoyan ǝndazǝ,
Sazǝndeyi-sünün ǝmǝl etmiş tazǝ.
Üşşaqidǝ Vǝrqayi düzübdür sazǝ,
Gülşayi qılıbdurur bülǝnd avazǝ.
Ey dust, mǝhǝbbǝtindǝ zar eylǝ mǝni,
Tövfiq qǝvafililǝ yar eylǝ mǝni.
Vǝrqa kimi eşqindǝ fikar eylǝ mǝni,
Gülşa kimi şövqindǝ hǝzar eylǝ mǝni.