Rəhm qıl, dəymə, səba, zülfi-kəci-dildarə

Rəhm qıl, dəymə, səba, zülfi-kəci-dildarə
Müəllif: Abdulla bəy Asi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Rəhm qıl, dəymə, səba, zülfi-kəci-dildarə,
Nə rəva kim, düşə vüsətdə ikən dil darə.

Eşqi-ruyində urub lafı-ənəlhəq guya,
Cəkilib zülfdə Mənsursifət dil darə.

Hər xədəngin səfi-mujganda gər kəm bulsa,
Kimsəyə etmə güman, zülfün ara dildə arə.

Qoyma kira, şanə dəyə zülfə, özün məhrəmsən,
Şərhə-şərhə ol onun tək, anı, ey dil, darə.

Asiya, cini-səri-zulfdə kim buldu könül?
Zülməti-şəb tanımaq qüdrəti yox dildarə.