Rəhm qılmaz məni-dilxəstəyə, cananıma bax

Rəhm qılmaz məni-dilxəstəyə, cananıma bax
Müəllif: Məhəmmədəli bəy Məxfi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Rəhm qılmaz məni-dilxəstəyə, cananıma bax,
Boylə birəhm yolunda bu cıxan canıma bax.
 
Ey məni xəstə qılıb halıma rəhm eyləmiyən,
Səri-kuyindəki bu naleyi-əfqanıma bax.
 
Ey deyən duzəx odun hicr ilə yeksan, bir gul
Cak edib koksumu, bu sineyi-suzanıma bax.

Konul, əhvalını sordum, rupərivəş soylədi,
Bu qara telləri gor, zulfi-pərişanıma bax.

Ey duşən eşqinə gulcohrələrin, bir goz acıb,
Laxta-laxta cigərimdən tokulən qanıma bax.
 
Sorma, ey şux, konul halətini hicran gecəsi,
Qanlı goz yaşımı gor, dideyi-giryanıma bax.
 
Qılmadın şukrunu ol neməti-vəslin bir dəm,
İndi, ey Məxfi, gəlib bu şəbi-hicranıma bax.