Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim
Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim Müəllif: İzzəddin Həsənoğlu Tərcümə edən: Böyükağa Qasımzadə |
Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?
Aparıb fikri bütün səbrü qərarım, nə edim?
El mənə tənə vurur: söylə, tükənməzmi yasın?
Axı, mən bağrıyanıq aşiqi-zarəm, nə edim?
Ayqabaqlım görüşə gəlmədi, tənha gəzərək,
Saymayım nəcmi-münəvvər, şəbi-tarəm, nə edim?
Yar apardı canımı, olmadı dildar mənə,
Özü asudə gəzir, mən güli-xarəm, nə edim?
Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karım, nə edim?
Hər iki dünyada allah gözəli düst tutar,
Mən ki, puri Həsənəm, yoxdu nigarım, nə edim?
Mənbə
redaktə- Vaqif Yusifli. "Vaqif Yusifli. "AZƏRİ TÜRKCƏSİNDƏ YAZILMIŞ İLK ƏSƏRLƏR"" ((azərb.)). edebiyyat.biz. 2008-06-02. 2015-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-13.