Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil

Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.208.

Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil
Kim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil.

Olsa iste’dadi-arif qabili-idraki-vəhy,
Əmri-həq irsalına hər zərrədir bir Cəbrəil.

Hər kimin təqdirdən məqsudi öz qədrincədir,
Əhli-eşq istər zülali-vəsl, zahid Səlsəbil.

Cənnətə zahid bilir can vermədən yetməz, vəli,
Canə qımaz, öz təmənnasındadır miskin bəxil.

Ey qılan izhari-zillət, müjdeyi-izzət sənə
Kim, bu dərgəhdə müqərrərdir əziz olmaq zəlil.

Və’deyi-vəslin məni salmış xəyali-zülfünə
Kim, dilər tuli-əməl sərmayeyi-əmri-təvil.

Ey Füzuli, xublər zikri-cəmalilə xoşam,
Şükr kim, kəsb etmişəm aləmdə bir zikri-cəmil.