Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!
Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax! Müəllif: Məhəmməd Füzuli |
Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!
Afitab ilə qılır dəva, tutulmuş ayə bax!
Şəm başından çıxarmış dud şövqi-kakilin,
Böylə kutah ömr ilə başındakı sövdayə bax!
Ey səlamət əhli, ol rüxsarə baxma zinhar!
Etiraz eylə məlamətdən, məni - rüsvayə bax!
Bildi eşqində nəmədpuş olduğum ayinə vəş,
Rəhm edib bir gəz mənə baxmaz, bu istiğnayə bax!
Sinəmi çak eylə, gör dil iztirabın eşqdən,
Rovzən aç, hərdəm həvadən movc uran dəryayə bax.
Ey deyən kim, şəmi-iqbalın nə üzdən tirədir?
Sayə salmış ayə ol geysuyi-ənbərsayə bax.
Ey Füzuli, hər necə mən eyləsə naseh səni,
Baxma onun qövlinə, bir surəti-zibayə bax.