Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarı
Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarı Müəllif: Məhəmməd Füzuli |
Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarı,
Keçər nəqdin əgər min Yusifin olsan xiridarı.
Məgər dövri-rüxün tərhin çəkər gül səfhəsi üzrə
Kim, olmuş gövhərəfşan bülbülün pərgar minqarı.
Çəkər min dairə çövrəmdə hirz üçün sirişkimdən,
Xəmidə qəddimin bihudə cizginməz bu pərgarı.
Keçər naləm fələkdən, xəm qədimi çəngə bənzətmin
Ki, çıxmaz pərdədən çəngin sədayi-naleyi-zarı.
Yeni aydan fələk səthində min qalib düzüb-pozmuş,
Verincə qaşların taqinə surət, sün memarı.
Sənəmlər xidmətin taət bilən rind əcrsiz qalmaz,
Qılar min rişteyi-təsbih işin, hər tari-zünnarı.
Füzulini dəhanın həsrəti bir dərdə salmış kim,
Nə pünhan etməyi mümkündür ol dərdin, nə izharı.