Rahət olmadı dil, ey rahati-can, sən gedəli
Rahət olmadı dil, ey rahati-can, sən gedəli Müəllif: Hamidi |
Rahət olmadı dil, ey rahati-can, sən gedəli,
Qönçəvəş könlümə dar oldu cahan, sən gedəli.
Sünbülü-zülfün ilə gül qüzünü yad edərəm
Gecə-gündüz qılaram ahü-fəğan, sən gedəli.
Görəli ləl kimi ləblərini mərdumi-çeşm,
Axıdır dərdilə su yerinə qan, sən gedəli.
Abi-çeşmimdə xəyali-qədri-siminbərini,
İstərəm dəmbədəm ey sərvü rəvan, sən gedəli.
Dəhənin şövqi ilə Hamidiyi-süxtənin,
Getdi səbri-dilü can oldu rəvan, sən gedəli.