Rauf deyir, cənnət dünyada qurulur
Rauf deyir, cənnət dünyada qurulur! (1997) Müəllif: RAUF CAVAD |
Mən Mehdi-Muhəmməd, Həsən-Hüseyn Seymur!
Atam Əli, Anam Zəhra, şüarım Nur!
Sözüm Arif, Hikmət, edir Həqqə xidmət ,
Verir dini mərifət, istəsən buyur!
Ol bəşərə örnək, zəhməti tut yüksək,
Axirət günü İsrafil çalacaq sur!
Qopacaq qiyamət, öləcək kim Adəm!
Əmr edəcək Allah, qalx ayağa dik dur!
O gün dəhşətli, vəhşətli olar üzlər,
Utanar kim, yerə girmək istər şüur!
Arsız üzlər, düzülər bir-bir sıraya,
Sorular, ayə bu nə cür əməl-yoldur!
Kim ki, göstərməyib insanlığa xidmət,
O kəsdə yox mərifət, varlığı puçdur!
Yaşayır o kəs ki, verir sözə məna,
Edir xeyir əməl, o kəs insan olur!
Yaxşılıq, əsla görməz əzab əziyyət,
Edər Rəbbinə xidmət, çün ləzzəti-şur!
Bilsin bütün bəşər ki, nədi həqiqət!
Rauf deyir, cənnət dünyada qurulur!