Riyazәtsiz, könül, bu nәfs bir tövsәndi, ram olmaz
Riyazәtsiz, könül, bu nәfs bir tövsәndi, ram olmaz Müəllif: Ağa Hacı Molla Tağızadə |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Riyazәtsiz, könül, bu nәfs bir tövsәndi, ram olmaz,
Buna cövlangәh әrsә-әrz ola, seyri tamam olmaz.
Cahanı dust tutduqca edәr düşmәnçilik peyda,
Bu düşmәn kamdәn, ey nәfs, hasil hiç kam olmaz.
Cahan mәmurәsindә künci-üzlәt ixtiyar eylә,
Qәnaәt әhlinә, ey dil, belә rahәt mәqam olmaz.
Ayaqdan düşmәmiş sәy eylә әldәn vermә mey camin,
Cavanlıq şuri qalmaz başda, bu nәşә müdam olmaz.
Nә tәşviş eylәyirsәn cam әlindә ruzi-mәhşәrdәn,
Әgәr piri-muğan vermişsә, qorxma, heç hәram olmaz.
Tәmәnna eylәsәm, saqi, lәbindәn busә, mәzurәm,
Bu rövşәn әmrdir kim, mәst olan kәsdә nizam olmaz.
Bürünmә xirqeyi-salusә, Bixud, tәnәdәn qorxub,
Bu, meydani-mәhәbbәtdir, bu yerdә nәngü nam olmaz.