Söylə (Şirəkli Həsən)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Söylə Müəllif: Şirəkli Həsən |
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14. |
Ağbabadan əsən yellər,
Məndən yurda salam söylə.
Qocalmışam vaxt-vədəsiz,
Uçub bürcüm-qalam söylə.
Qaraçanta üzü bəri,
Sarıqamış dalda yeri.
Gümrü dilimin əzbəri,
De necədi, lalam söylə.
Ağbabada o bulaqlar,
Yenə də mi elə çağlar,
Dağlar, “Həsən” deyib ağlar,
Saç-saqqalı çalam, söylə.
Mən Həsənəm, Şörəyeldən,
Ulu yurddan, ağır eldən,
İndilər düşmüşəm əldən,
Qəddi artıq “dal”am, söylə.